top
İntihar edən 8 yaşlı şagirdin planşetində şübhəli yazılar tapılıb
30 aprel 2022, 05:00
- ↺ +

İntihar edən 8 yaşlı şagirdin planşetində şübhəli yazılar tapılıb

Dörd gün əvvəl Bakının Nəsimi rayonunda 8 yaşlı məktəblinin intiharı ilə bağlı araşdırma davam etdirilir. Bu haqda bu gün, 30 aprel tarixində Kriminalqafqaz məlumat verib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, müstəntiqlər intihar edən İran İslam Respublikasının vətəndaşı N.R.-in “Galaxy TAB A7” planşetində onu bu addımı atmağa vadar edə biləcək faktlar aşkar ediblər.

Belə ki, hadisədən dərhal sonra mənzilin oyun otağında müstəntiqlər maddi sübut kimi uşağın planşetini götürüblər. Mobil cihazın qalereya bölməsində insanları zorakılığa sövq edən qorxulu animasiyalar və şəkillərlə yanaşı, “Ölüm üçün 3 gün” (“3 days to die”) şəkilləri və digər oyun və mobil tətbiqləri aşkar edilib. Həmçinin planşetin “Samsung Notes” bölməsində “Salam, mən anabellayam və səni bu gecə öldürəcəyəm” mesajı tapılıb.

Bütün faktlar toplanılıb və Cinayət Məcəlləsinin “Özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha öncə məlum olub ki, N.Şahbazov küçəsində yerləşən mənzildə İran İslam Respublikasının vətəndaşı, 8 yaşlı N.R. özünü turnikdən asıb. Anası uşağı xəstəxanaya çatdırıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmalara görə, məktəblinin sinif yoldaşı ilə problemləri olub.

Uşağın anası bildirib ki, hadisədən əvvəl oğlu sinif yoldaşından incidiyi barədə şikayət edib. Bundan sonra uşaq mənzildəki oyun otağına gedib. Bir müddət sonra otağa daxil olan anası oğlunun özünü asdığını görüb.

Son xəbərlər

Xəbər
Bu gün, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Bu gün, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Bu gün, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Bu gün, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Bu gün, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Bu gün, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Bu gün, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
Dünən, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Dünən, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Dünən, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Dünən, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Dünən, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Dünən, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Dünən, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Dünən, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Dünən, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Dünən, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Dünən, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Dünən, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Dünən, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
01 oktyabr 2026, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
01 oktyabr 2026, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Oxşar xəbərlər