Ötən gün Bakıda intihar edərək binadan atılan məktəblini xilas etməyə çalışan şəxsin məmur olduğu üzə çıxıb. Bu haqda bu gün, 4 may tarixində Oxu.az məlumat verib.
Belə ki, 38 yaşlı Zahid Niyazov Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizəsi Xidmətinin Əməliyyat İdarəsində işləyir.
Niyazov sol qolunun mil sümüyünün yerdəyişən sınığı, sol bazu oynağının çıxığı, döş qəfəsinin küt travması və burun qanaxması diaqnozları ilə xəstəxanaya yerləşdirilib. Zahid Niyazova ilkin tibbi yardım göstərildikdən sonra o, ailəsinin təkidi ilə özəl klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda xəstənin vəziyyəti stabil-ağır qiymətləndirilir.