Paytaxtda Bakı Elm Olimpiadası keçiriləcək. Bu haqda 11 aprel tarixində Report məlumat verib.
Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, dərin biliklərə malik şagirdləri aşkar etməkdən ibarətdir.
Olimpiada VIII, IX, X sinif şagirdləri arasında 2 mərhələdə təşkil olunacaq. Olimpiadanın I mərhələsi 30 aprel, II mərhələsi isə 25-26 may tarixlərində baş tutacaq. İştirak edəcək komandalar 15 aprel 2022-ci il tarixinədək qeydiyyatdan (https://forms.gle/XKgs7YLWJnR5o2Fk9) keçməlidirlər.
Qaliblərə diplom, medal və hədiyyələr təqdim ediləcək.