Bakının Xətai rayonu 27 saylı orta məktəbin 11-ci sinif şagirdinin anası coğrafiya müəllimi Kənan Həsənovun qeyri-etik davranışından öz narazılığını bildirib. Bu haqda şagirdin anası Oxu.az-a məlumat verib.
"Baş vermiş hadisənin görüntüləri məktəbin təhlükəsizlik kameralarında var. Burada hətta müəllimin şagirdə əl qaldırdığı da müşahidə olunur", - deyə o bildirib.
Qadının sözlərinə görə, K.Həsənov digər məktəb şagirdlərinin ünvanına da nalayiq ifadələr işlədir və iki il əvvəl hətta məktəbliləri və onların valideynlərini təhqir etdiyinə görə sinif rəhbərliyindən uzaqlaşdırılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, artıq bu məsələ ilə bağlı araşdırma başlanılıb.