Bakı məktəblərində “Zəfər tarixi” adlı silsilə konfranslar keçiriləcək. Bu haqda BakuPlus.az Bakı Şəhər Təhsil İdarəsinə istinadən bu gün, 25 aprel tarixində məlumat verir. Bununla bağlı müvafiq əmr imzalanıb.
Konfransların müəllim və şagirdlərin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.
Konfranslarda Prezident İlham Əliyevin böyük sərkərdəlik məharəti sayəsində Vətən müharibəsində qazanılmış zəfərlə torpaqlarımızın azad edilməsi və Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açılacaq.
Konfransların keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirməkdir.