UNEC-də beynəlxalq konfrans keçiriləcək. Bu haqda BakuPlus.az APA-ya istinadən 25 aprel tarixində xəbər verir.
28-29 aprel 2022-ci il tarixlərində UNEC-də “Rəqəmsal İqtisadiyyat: Müasir Çağırışlar və Real İmkanlar” adlı II beynəlxalq konfrans keçiriləcək.
Konfrans İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər nüfuzlu qurumların birgə təşkilatçılığı ilə “Fairmont Baku” hotelində baş tutacaq.
Aparıcı dövlət və özəl qurumları bir araya gətirəcək konfransda qlobal iqtisadi artımın qarşısında duran əsas problemlər, Qarabağ iqtisadiyyatının bərpası və inkişafı prosesində rəqəmsal texnologiyalardan istifadə imkanları və prioritetləri kimi əsas mövzular müzakirə olunacaq.