Bakı Dövlət Universitetində Kitab Evinin açılış mərasimi keçirilib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 28 aprel tarixində xəbər verir.
Mərasimdə BDU-nun rektoru Elçin Babayev çıxış edib.
O, BDU-nun Elmi Kitabxanasının bu ilin sonuna qədər tam elektronlaşacağını vurğulayıb: “Gələcəkdə Kitab Evinin qarşısında günəş batareyaları və digər texnoloji qurğular da yerləşdiriləcək. Tədricən ən təkmil texnologiyaları BDU-ya gətirəcəyik”.