Bakıda polis özünü qazi kimi təqdim edən hərbi formada əlil arabasında olan dilənçini ifşa edib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
26 yaşlı Ağdaş rayon sakini Ümid Məmmədov dilənçiliklə məşğul olub. Öz işini daha gəlirli etmək əzmində olan o, özünü ayağını itirmiş müharibə qazisi kimi göstərirdi.
Səhhəti qaydasında olan, əlillik dərəcəsi olmayan Məmmədov barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
04.05. 17:55 - Yenilənib
Bakıda özünü qazi kimi təqdim edərək hərbi geyimdə dilənçilik edən şəxs inzibati qaydada 30 sutka müddətinə həbs edilib.
Polis tərəfindən saxlanılan 26 yaşlı Ağdaş rayon sakini Ümid Məmmədov əvvəllər 3 dəfə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmişdir. İstintaq davam etdirilir.