Paytaxt ərazisində yerləşən 3 universitetdə monitorinqlər keçirilib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 1 aprel tarixində xəbər verir.
Bakı Avrasiya Universiteti, Bakı Qızlar Universiteti və Bakı Slavyan Universitetində monitorinqlər baş tutub.
Monitorinqlər çərçivəsində Agentliyin Keyfiyyət təminatı departamentinin Akkreditasiya və lisenziya şöbəsi tərəfindən prorektorlar, universitetin müvafiq struktur bölmələrinin rəhbərləri, eləcə də dekan və kafedra müdirləri ilə müsahibələr aparılıb.
İlin sonunadək silsilə olaraq 15 ATM-də monitorinqlərin aparılması nəzərdə tutulub.