top
“PetMe” - Bakıda evsiz heyvanlara kömək etmək üçün ilk tətbiq
16 avqust 2022, 09:00
- ↺ +

“PetMe” - Bakıda evsiz heyvanlara kömək etmək üçün ilk tətbiq

Sahibləri tərəfindən tərk edilmiş və ya xəyanət edilmiş evsiz heyvanları görəndə çoxumuzun ürəyi parçalanır. Buna baxmayaraq, çox vaxt biz onlara kömək etməkdən imtina edirik, vaxtın, pulun olmaması və ya digər, fikrimizcə, "vacib" olan məqamlara əsaslanaraq, sadəcə olaraq kənara baxıb yan keçirik.

Lakin elə insanlar var ki, heyvanların taleyinə biganə qalmırlar. Bir həftə əvvəl belə insanlara dəstək olmaq məqsədilə bakılı proqramçı Adil Allahverdiyev tərəfindən “PetMe” tətbiqi yaradılıb.

Tətbiqin mahiyyəti istənilən istifadəçinin sahibə ehtiyacı olan heyvan haqqında foto və məlumatı yerləşdirə bilməsindən ibarətdir. Tətbiqin prinsipial siyasəti heyvanların satılmamasıdır. Məlumat bazası istifadəçilər doldurulur və paylaşımlar administrator tərəfindən idarə olunur.

Bakuplus.az komandası “PetMe” tətbiqi haqqında daha ətraflı öyrənmək üçün proqramın yaradıcısı ilə həmsöhbət olub.

 


  • Özünüz haqqında, mobil tətbiqi yaradan komanda haqqında məlumat verərdiniz.


Adım Adil Allahverdiyevdir, 27 yaşım var. Bakıda doğulmuşam, indi isə İngiltərədə yaşayıram. “PetMe” tətbiqini təkbaşına yaratmışam, heç bir dəstək olmadan.



  • Belə bir tətbiqi hazırlamaq fikri sizdə necə yarandı?


Mobil proqramlar yaratmaq mənim hobbimdir. Mən cəmiyyət və təcrübə üçün faydalı bir proqram yaratmaq istədim. Ailəm və dostlarımla birlikdə müzakirə etdikdən sonra belə fikrə gəldik ki, Azərbaycanda heyvanlara yetərincə qayğı və diqqət göstərilmir və onların köməyə ehtiyacı var. Tətbiq ideyası belə yarandı.



  • Daha əvvəl evsiz heyvanları saxlamaq və onlara kömək etmək təcrübəniz olubmu?


Ailəm və mən həmişə heyvanları sevmişik, amma həyat yoldaşım heyvanlara daha çox diqqət yetirir. Bakıda olarkən itləri yedizdirirdi, pişikləri xilas edib, müalicə edib onlara ev tapırdı. İndi Azərbaycanda olmamasına baxmayaraq, hələ də bu işi davam etdirməyə çalışır.



  • Dünyada belə tətbiqlər çoxdur, lakin sizin tətbiqiniz Azərbaycanda yegənədir. Sizcə niyə bunu əvvəllər ölkəmizdə heç kim yaratmayıb?


Bəlkə tək deyil, amma araşdırma edərkən mənim də rastıma çıxmayıb. Ümid edirəm ki, bir çoxlarının istəyi, fikri olub, lakin imkan olmadığına görə həyata keçirə bilməyiblər.



  • Ev heyvanı itdikdə “PetMe” istifadə etmək mümkündürmü? Tətbiq qaçan və ya itmiş heyvanı tapmağa kömək edə bilərmi?


Faktiki mümkündür, amma hal-hazırda bunun üçün konkret funksiya yoxdur, gələcəkdə yaratmağı planlaşdırıram.



  • Sizin sayənizdə sahiblərini və evlərini tapan dördayaqlılar haqqında xoşbəxt hekayələriniz varmı?


Tətbiq cəmi bir həftədir ki, mövcuddur və bu barədə çox adam bilmir.  Mən əmin deyiləm ki, biz kimisə bir-birinə bağlaya bilmişik. Amma ümumi danışsaq, təbii ki, var. Bakıda ailəm bir çox heyvanlara, biz isə göyərçinlərə kömək edirik. Xəstələri tuturuq, müalicə edirik, sağlam olanları buraxırıq, köməyə ehtiyacı olanları yanımızda saxlayırıq. Buradakı itlərin və ya pişiklərin isə Azərbaycandakı kimi köməyə ehtiyacları yoxdur.



  • Layihənizi dəstəkləyən tərəfdaşlarınız və ya sponsorlarınız varmı?


Xeyr, heç bir sponsorum yoxdur. Tətbiqi öz gücüm və öz pulum ilə yaratmışam və bundan heç bir şey qazanmıram. Dəstəkləyən isə ailəm, dostlarım və sosial şəbəkələrdə köməksiz heyvanların taleyinə biganə olmayan insanlardır. Hər kəsə öz təşəkkürümü bildirirəm!



  • Bakı sakinləri layihənizə necə kömək edə bilərlər?


Bu daha çox xeyriyyə işidir, nəinki layihə. Gələcəkdə dizaynı tam dəyişmək fikrim var, buna görə də kömək edə biləcək dizayner axtarışındayam. Əgər kimsə dizaynla kömək etmək istəyirsə, mənimlə əlaqə saxlaya bilər. Sakinlərdən də istədiyim ancaq tətbiqi paylaşıb heyvanlara kömək etməkdir. Lakin iş tək tətbiqdə heyvan paylaşmaqla bitmir. Bundan daha vacib olan həmin heyvanlara sahib çıxmaqdır. Bu elə də çətin iş deyil. Kömək edənlərin 60-70%-i kasıb insanlardır. Onların buna gücü çatırsa, hamının gücü çatar. Uşaqlara heyvanları sevməyi və hörmət etməyi öyrətmək lazımdır. Onlara yaxşı nümunə göstərin. Heyvanların həyatı bizdən asılıdır. Onların bizə ehtiyacı var, bizim isə onlara!

[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2022/08/n41.mp4"][/video]

Son xəbərlər

Xəbər
Bu gün, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Bu gün, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Bu gün, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Bu gün, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Bu gün, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Bu gün, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Bu gün, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
Dünən, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
Dünən, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
Dünən, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
Dünən, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
Dünən, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
Dünən, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
Dünən, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
Dünən, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Xəbər
Dünən, 11:35

Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Xəbər
Dünən, 10:28

Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

Xəbər
Dünən, 09:47

Bu gündən əsgərlər ehtiyata buraxılır

Aktual Xəbərlər
Dünən, 00:10

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Xəbər
30 sentyabr 2026, 18:00

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib

Xəbər
30 sentyabr 2026, 17:36

İllik elektron pul köçürmələrində yeni hədd: aylıq 50 min manat - YENİLƏNİB

Xəbər
30 sentyabr 2026, 17:05

Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU

Oxşar xəbərlər