Ramilə xanım, özünüzü izləyicilərimizə necə tanıtmaq istəyərdiniz?
Şamilova Ramilə, 1990-cı ildə anadan olmuşam. Əzim Əzimzadə adına rəssamlıq kollecini, daha sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr pilləsini bitirmişəm. Hazırda isə həmin akademiyada magistr dərəcəsi üzrə təhsil almağa davam edirəm.
2017-ci ildə “E.N.M. Psychology and Consulting Center”-də “Art therapy” master-klasını, 2019-da isə Londonun “MoMA” (Museum of Modern Art) muzeyinin təşkil etdiyi “What is Contemporary Art?” adlı proqramını keçmişəm.
7 illik pedaqoji fəaliyyətim var. 20-dən çox sərginin iştirakçısı olmuşam.
Rəssamlıq həyatınıza necə və nə vaxt qarışdı?
11-12 yaşda idim və çox tez-tez rəsmlər çəkirdim. Nənəm hiss etdi ki, istedad ola bilər və elə o vaxt özü məni hazırlığa apardı. O gündən bu günə rəssamlıq fəaliyyətim davam edir. Düşünürəm ki, həyatıma daxil olan ən gözəl hadisələrdən biridir.
Müəllimlik fəaliyyətinə başlamağa necə qərar verdiniz? Başlanğıc mərhələsi haqda biraz danışardınız.
Müəllimlik fəaliyyətim əvvəllər mənə belə gəlirdi ki, çox xüsusi olmasa da, əhəmiyyətlidir, amma indi heç belə düşünmürəm. Mən bildiklərimi başqa insanlarla bölüşürəm, hiss edirəm ki, bu istənilən yaşda olan insanların xoşuna gəlir, ələlxüsus da mən zövq alıram.
Sizə görə, hansı daha çətindir - müəllimlik və ya rəssamlıq?
Rəssamlığın öyrənilmə prosesi heç vaxt bitməyən bir sənətdir. Səhv etmirəmsə, Mikelancelo idi, 87 yaşında “hələ də öyrənirəm” fikrini söyləmişdi.
“Lerami Art Studio”-nu açmağa sizi nə ilhamlandırdı?
“LéRami studio” olmamışdan əvvəl bir səhifə kimi 2016-da yaranmışdı. İlk vaxtlar niyyətim o səhifədə işlərimi paylaşıb satmaq idi. Elə vəziyyət yarandı ki, mən “Passage”-da yer götürəsi oldum, gələn tələbələr haqda paylaşımlar etməyə başladım və beləliklə aktivlik artdı. Biznesin təşkili çətin olmayıb. Bu cür işlərdə bir az təcrübəmin olmağı rahat hərəkət etməyimə kömək oldu. Az pula daha çox şey edirdim, həmçinin valideynlərim də mənə dəstək olurdu.
Bəzən deyirlər əsas istəməkdi. Şablon kimi səslənsə də, bəli, əsas istəməkdir, yollar özü qurulur.
Sonra isə səhifəni insanlara faydalı olacaq istiqamətə yönəltmək qərarına gəldim. “LéRami”-ni niyə izləsinlər” deyə düşündüm? Art-testlər, məlumat xarakterli postlar, muzeylər və kitablar haqqında yazmağa başladım və bu tip postların insanların xoşuna gəldiyini gördüm.
İncəsənətin yeni texnologiyalarla birləşməsinə münasibətiniz necədir? Rəsmlərin vizual formatda çəkilməsini dəstəkləyirsiniz yoxsa ənənəvi sənətin tərəfdarısınız?
Mən yeniliklərə açıq insanam, bu məni yalnız həyəcanlandıra bilər. Ənənəvi rəssamlıq həmişə var və olub, tarixə düşənlər isə yenilikçi insanlardır. Zamanın tələbinə uyğunlaşmaq lazımdır, artıq qrafika çox inkişaf edib və rəssamlardan natürmort çəkməyi tələb etmək, mənə belə gəlir ki, inkişafdan geri qalmış beyinin eqoist davranışıdır.
Bugünkü uğurunuzu əldə etmək üçün qarşılaşdığınız ən böyük çətinlik nə olub?
Heç birini xatırlamıram, deyir “keçmiş xatirələrdə həmişə gözəl qalır”. Yadımdadır, ilk dəfə yer götürəndə, atam hər şeyi etmişdi, bütün ləvazimatları, lazım olan büdcəni və s. O zaman bu mənə o qədər də dəyərli gəlmirdi. Bu gün isə atam yanımızda yoxdur, lakin onun etdiklərinin bir övlad üçün ən gözəl hərəkət olduğunu anlayıram.
Rəssamlıqla məşğul olmaq üçün ən vacib xüsusiyyət nədir?
Eşq, sevgi. Düşünürəm ki, sənəti daha dərindən hiss etmək üçün musiqi əsas köməkçidir. Yaratmaq üçün sən, boyaların və musiqi yetərlidir.
Cazı sevirəm - Ella Fiсeraldı dinləmək ilhamverici olur, Bill Evans olanda bu hiss biraz da yüksəlir. Tələbəlik illərimdə isə klassikanı və akustik “kaver”ləri daha çox sevirdim. Musiqi zövqü insanın dövrünə görə dəyişə bilən olsa da, hər bir halda hiss edərək dinləməyəndə, xüsusi aurası olmur.
Lui Armstronqun belə gözəl sitatı var idi: "Musiqini, cazı daxilinizə salmasanız, heç vaxt partlaya bilməyəcəksiniz".
Bildiyimizə görə, həyat yoldaşınız da incəsənət adamıdır. Birlikdə layihələriniz var və ya planlaşdırırsınızmı?
Doğrudur, o, mənim üçün həm dost, həm sevgili, həm də həyatımın ən özəl yoldaşıdır. Onunla həyat tam ayrı gözəldir.
Müqayisəsizdir, necə uşaqlıq ailəm elə də öz ailəm. Hər bir qadına mənəvi dəstək olan həyat yoldaşı yaraşır və hər qadın da bunu özünə yaraşdırmağı istəməlidir. Layihələr var, sıra ilə həyata keçir. Hazırda uşaqlar və yeniyetmələr üçün təhsildən əlavə inkişaf proqramları üzərində çalışırıq.
Bəs bir-birinizin əsərlərini tənqid, dəstək və ya düzəliş edirsiniz?
Əlbətdə, bir-birimizin ən yaxşı tənqidçiləriyik. O məni yaxşı tanıyır, mən isə
onu.
Təzə başlayan rəssama nə məsləhət görə bilərsiniz? (Saytlar, kitablar və s.)