Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yoxlamalar keçirilib. Bu haqda bu gün, 9 fevral tarixində qurumun mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.
Yoxlamalar zamanı qəsəbə ərazisində iki mağaza cəzalandırılıb.
"Rübail" marketi obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbuluna görə cərimələnib.
"Pak-46" marketində isə baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, saxta alkoqollu içkilərin satışı, açıq şəkildə satışı həyata keçirilən məhsullara qoyulan tələblərdə uyğunsuzluq kimi nöqsanlar aşkar olunub.
Hər iki obyektə qarşı protokollar tərtib olunub.