Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “KOB Fest” – sərgi-satış yarmarkası öz işinə başlayıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 25 aprel tarixində xəbər verir.
İçərişəhərdə keçirilən yarmarkanın məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim edilməsi və satışına dəstək olmaq, eləcə də yerli məhsulların tanıdılmasıdır.
“Sahibkarlar Günü”nə həsr olunmuş yarmarkada ümumilikdə 100-ə yaxın KOB subyektinin 1000-dən çox çeşiddə məhsulları nümayiş olunur.
Tədbirdə həmçinin, sahibkarlar arasında “B2B” görüşlər keçirilir, biznes xidmətləri göstərilir, master-klaslar, eləcə də mədəni-əyləncəli proqram təqdim olunur.
Festivalın açılışında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edib.
"KOB Fest" sərgi-satış yarmarkası aprelin 26-dək hər gün saat 10.00-dan 20.30-dək açıq olacaq.
[URIS id=41957]