Bakının təzəlikcə bərpa olunan “Şərq Bazarı”nda 20 avqust tarixində kulinar şousu təşkil olunacaq. Bu haqda bu gün, avqustun 17-si Bakuplus.az məlumat verir.
Saat 19:00-da başlayacaq şou məşhur kulinar və peşəkar qastroturist Fərhad Aşurbəyli tərəfindən aparılacaq və Şərq mətbəxinə həsr olunacaq. Tədbir zamanı ziyərətçilər Şərq təamlarını həm hazırlaya, həm də dada biləcəklər.
Giriş sərbəstdir.