Soçidən Bakıya uçuşlar başlayır. Bu haqda 6 may tarixində Marja.az xəbər verib.
Mayın 9-dan Rusiyanın “Azimut” aviaşirkəti Soçidən Bakıya uçuşları həyata keçirəcək. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.
Hazırda “Azimut” Mineralnıye Vodıdan Azərbaycan paytaxtına uçuşlar yerinə yetirir.