Bakıda İkinci Autizm Festivalı təşkil olunub. Bu haqda 28 aprel tarixində Bakuplus.az-a məlumat daxil olub.
Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Fəvvarələr meydanında II Autizm Festivalı keçirilir. Azərbaycanda fəaliyyət göstərən 30 autizm mərkəzi bir araya gəlib. Onlar burada autizmli uşaqların reabilitasiyası ilə bağlı işlərini nümayiş etdirirlər. Tədbirin məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdir.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
[URIS id=42463]