top
Süni intellekt sahəsində ödənişsiz təlim və təcrübə proqramına start veriləcək
05 aprel 2022, 00:56
- ↺ +

Süni intellekt sahəsində ödənişsiz təlim və təcrübə proqramına start veriləcək

Bakıda süni intellekt sahəsi üzrə ödənişsiz təlim və təcrübə proqramı start götürəcək. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 5 aprel tarixində xəbər verir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Süni İntellekt Laboratoriyası tərəfindən təşkil olunan proqram çərçivəsində süni zəkanın əsasını təşkil edən “Data Science”, “NLP” və “Computer Vision” sahələri dərindən tədris olunacaq.

Təlimdə “Python” proqramlaşdırma dili, statistikanın seçilmiş mövzuları, “Machine Learning” və “Deep Learning” kimi sahələr nəzəri və praktiki cəhətdən tədris olunacaq.

Əlavə olaraq iştirakçılar “Deep Learning”-in əsas alətlərindən olan “TensorFlow”, “Keras” və “PyTorch” ilə də yaxından tanış olacaqlar.

İlk dəfə olaraq tələbələr proqram çərçivəsində “AI Lab”-ın həyata keçirdiyi real layihələr üzərində işləyəcəklər. Təlimdə xüsusi fərqlənənlər üçün iş imkanı yaradılacaq.

Son müraciət tarixi 15 aprel olan proqramda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir. İştirak etmək istəyənlər CV-lərini elektron poçt ünvanına da göndərə bilərlər.

5 may tarixində başlayacaq təlimlər 6 ay davam edəcək.

Kimlər iştirak edə bilər:


  1. Kompüter elmləri və ya əlaqəli sahə üzrə bakalavr səviyyəsində təhsil alan tələbələr və məzunlar;

  2. İstənilən proqramlaşdırma dilində ilkin və ya orta səviyyədə bilik (Python arzuolunandır);

  3. Alqoritmlər və data strukturları haqqında ümumi anlayış;

  4. Riyazi, xüsusilə “Calculus” və xətti cəbr üzrə bacarıqlar.


Azərbaycan Süni İntellekt Laboratoriyasında hazırda 10 tələbə təhsil alır.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Bu gün, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Bu gün, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Bu gün, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Bu gün, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Bu gün, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Bu gün, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Bu gün, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Bu gün, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Bu gün, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
Dünən, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Dünən, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Dünən, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Dünən, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Dünən, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Dünən, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Dünən, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Dünən, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Dünən, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Dünən, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Dünən, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Dünən, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Oxşar xəbərlər