Paytaxtın Sabunçu rayonunda şəhid ailələri və müharibə əlillərinə mənzil və avtomobillər təqdim edilib. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
Vətən müharibəsi əlilləri üçün nəzərdə tutulan “Xəzər” markalı 50 avtomobil, şəhid ailələri və müharibə əlillərinə isə 200 mənzil təqdim edilib.
Bu günə qədər 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil, 7400 müharibə əlili isə nminik avtomobili ilə təmin olunublar.