Bakıda şeir oxumaq üzrə müsabiqə keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 25 aprel tarixində xəbər verir.
Müsabiqə Salaam Cinema Baku-da 30 aprel, saat 18:30-da baş tutacaq. İştirak edənlər öz şeirlərini də oxuya bilərlər. Şeirlər 3 dəqiqədən çox vaxtı əhatə etməməlidir.
Qonaq kimi gəlmək istəyənlər qeydiyyatdan keçməlidirlər. Qeydiyyatla giriş 5 manat, qeydiyyatsız isə 7 manat təşkil edəcək.