Bakının “Salaam Cinema” məkanında 27 avqust, saat 18:00-da “Küçə Musiqiçiləri Gecəsi” baş tutacaq. Bu haqda bu gün, 18 avqust tarixində Bakuplus.az məlumat verir.
Layihə Azərbaycan Gənclər Fondunun dəstəyi, Cavan Gənclər Hərəkatının təşkilatçılığı ilə "Cavan Music" proqramı çərçivəsində artıq ikinci dəfə keçirilir.
Kosert açıq havada gənc musiqiçilərə və küçə sənətinin inkişafına dəstək məqsədilə hayata keçirilir.
Konsertdə ziyarətçi kimi iştirak etmək tam ödənişsizdir, lakin qeydiyyatdan keçmək mütləqdir.