Bakıda İsrafil İsrafilov ustad dərsi təşkil edəcək. Bu haqda 26 mart tarixində Yenicag.az xəbər verib.
“Səhnə” teatrında 27 mart – Beynəlxalq Teatr Günü ilə əlaqədar böyük teatr alimi, professor İsrafil İsrafilovla görüş keçiriləcək. Görüşdə özəl teatrların inkişaf perspektivləri, tamaşaçıların teatrlara daha çox cəlb edilməsi və beynəlxalq teatr festivallarına çıxış yollarının araşdırılması müzakirə ediləcək.
Tədbirdə həmçinin Əməkdar İncəsənət xadimi Oruc Qurbanov, Elvin Mirzəyev, Namiq Ağayev və Lalə Muradxanlı kimi rejissorlar iştirak edəcəklər.
Görüşün sonunda İsrafil İsrafilov “Səhnə” teatrının aktyorları üçün ustad dərsi keçəcək.