Paytaxtın Suraxanı rayonu, Hövsan şosesində yerləşən Ticarət Mərkəzinin qarşısında “Azəriqaz” İB-nin növbəti açıq mikrofonu keçiriləcək. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Aksiya 5 may saat 11:00-da baş tutacaq. Tədbir 12:00-a qədər davam edəcək.
Səyyar otaqlarda yerli sakinlər və sahibkarlar öz təklif və şikayətlərini təqdim edə biləcəklər.