Paytaxtın Suraxanı rayonunda sakinlərlə səyyar görüş təşkil olunub. Bu haqda 8 aprel tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
101 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə icra başçısı Əziz Əzizov 130 nəfərə yaxın sakinlə görüş keçirib, onların şikayət və təkliflərini dinləyib. Görüşdə Milli Məclisin deputatı Afət xanım Həsənova, Yasamal rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yasamal bələdiyyəsinin, MKTB və kommunal xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Sonda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı sakinləri narahat edən problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.