“Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verib. Bu haqda 6 aprel tarixində Report məlumat verib.
"Baktelecom" paytaxtın Suraxanı rayonunda optik xidmətlərinin əhatə dairəsini genişləndirib. Dədə Qorqud massivində 1600 istifadəçi tutumlu yeni optik şəbəkə qurulub. Bununla da massivdə hazırda 900 mənzilə müasir standartlara cavab verən telefon və sürətli internet xidmətləri təqdim edilir.
Texnologiyanın üstünlüklərindən yararlanaraq sakinlərə 100 Mbit/s qoşulma sürəti və bir optik xətt üzərindən bir neçə rabitə xidmətindən istifadə imkanı yaradılıb.