Paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində küçələr əsaslı təmir olunur. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Uzunluğu 1200 metr, eni isə 8 metr olan mərkəzi küçədə hazırda söküntü işləri aparılır. Daha sonra yeni asfalt-beton örtüyü döşənəcək, avtobus dayanacağı və yol nişanları quraşdırılacaq. Həmçinin, piyada səkiləri yaradılacaq.
Ən sonda sözügedən qəsəbənin 14 iyul küçəsindən ayrılan və ümumi uzunluğu 1000 metr təşkil edən məhlədaxili yollarında yenidənqurma işləri aparılacaq.
Suraxanı rayonunda ötən il ərzində ümumi uzunluğu 18,5 kilometr olan küçələr təmir olunub.
[URIS id=38721]