Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli yaylası adlanan ərazidə torpaq sürüşməsi evləri uçura bilər. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az Real TV-yə istinadən xəbər verir.
Sübhan Bayramov 2017-ci ildə sözügedən ərazidə ev alıb. Ancaq torpağın tikintiyə yararsız olduğundan xəbərsiz olub. O, ikilidə mütəmadi olaraq bərkitmə işləri aparsa da, ev çökməyə davam edib.
“1 ayda torpaq hardasa 5-7 sm çökür. Ev artıq qonşu tikiliyə söykənib demək olar”, - deyə S.Bayramov bildirib.
Sığorta şirkəti torpaq sürüşməsi səbəbindən ödəmə etməkdən imtina edib. Rəsmi qurumlar isə məsələ ilə bağlı araşdırma aparacağını və rəy bildirəcəyini qeyd ediblər.