Müğənni, aktyor, ssenarist, kinorejissor Özcan Deniz 10 illik fasilədən sonra ilk dəfə Bakıda konsert proqramı ilə çıxış edəcək. Bu haqda BakuPlus.az bu gün, 15 avqust tarixində xəbər verir.
30-a yaxın musiqinin müəllifi, 20-yə yaxın kino və seriallarda baş rol ifaçısı olan Özcan Deniz 16 sentyabr tarixində Bakı Konqres Mərkəzində səhnəyə çıxacaq.
Bir nəfər üçün biletin qiyməti 40 manatdan başlayır.
Biletləri şəhərin kassalarından və ya onlayn əldə edə bilərsiniz.