Tanınmış bloger, Fransanın “Patrick le Chinois” ləqəbi ilə tanınan komediya ustası Patrik Vesölye Bakıya gəlib. O, sosial media hesablarından, eləcə də Netflix platforması vasitəsilə Azərbaycan mədəniyyətinin populyarlaşdırılmasına yönəlmiş layihəni təqdim edəcək. Bu haqda bu gün, 12 aprel tarixində Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat verib.
Patrik Vesölye Azərbaycan tarixi, milli-mədəni irsi, tolerantlıq mövzusunda verilişlər hazırlamaq üçün Mədəniyyət nazirliyinin bir qrup əməkdaşı ilə Naftalan, Göygöl, Şəki, Bakı və digər bölgələrə səfər edib.
Bloger, həmçinin paytaxt Bakı və şəhərin memarlıq və mədəni mühiti haqqında məruzələrlə çıxış edəcək.
[caption id="attachment_40323" align="alignnone" width="800"]
Foto Mədəniyyət Nazirliyinin rəsmi saytı[/caption]