top
“Wolt” şirkətinin kuryerləri etiraz olaraq mobil proqramını dondurublar
22 aprel 2022, 06:38
- ↺ +

“Wolt” şirkətinin kuryerləri etiraz olaraq mobil proqramını dondurublar

Bakıda kuryerlər “Wolt” şirkətindən narazıdırlar. Bu haqda 22 aprel tarixində  Oxu.az məlumat verib.

“Wolt” şirkətində kuryer işləyən 100-dən çox işçi bu gün işə çıxmayıb. Məlum olub ki, onlar maaş artımı tələbi ilə şirkətin mobil proqramını “offline” rejiminə salıblar.

Kuryerlər bildirirlər ki, nəqliyyat vasitələrini şirkət təmin etmir, özləri alır. Onların mütəmadi baxış xərcləri, eləcə də qəza zamanı, cərimə xərcləri və müştərilərlə əlaqə saxlamaq üçün xərclədikləri vəsaitləri öz ciblərindən odəyirlər. Həmçinin vergi hesabatı, DSMF, Tibbi Sığorta və qida xərclərini öz pulları ilə qarşılayırlar.

İşçilərin iddialarına görə, “Wolt” şirkəti artıq kuryerlərin bir çoxunu işdən çıxarıb. Tətil təşkilatçılarının sözlərinə görə, maaş artımı tələb edəndə, şirkətdən onlara hədə-qorxu gəlirlər ki, işləmək istəyən, növbədə gözləyən yüzlərlə insan var.

“Səni psixoloji olaraq sındıraraq inandırırlar ki, sənin əhəmiyyətin yoxdur, sən sadəcə statistikasan, yüzlərlə kuryerdən birisən. Səndən növbədə yüzlərlədir”, - deyə çağırışda bildirilir.

 

17:38 - Yenilənmə

“Wolt” şirkəti məsələyə cavab olaraq bildirib ki, kuryerlərin etirazına görə əməkdaşlığın dayandırılması və kuryerlərə hədə-qorxu gəlməsi barədə məlumat həqiqəti əks etdirmir. “Biz, bütün partnyorlarımıza hörmətlə yanaşırıq və biznesimizin necə idarə olunması haqda fikirlərimizin üst-üstə gəlməməsi səbəbindən heç vaxt partnyorluğumuzu bitirməzdik.

Dünən bir qrup kuryer ödəniş modelimizə edilən bəzi dəyişikliklərlə bağlı narazılığını bildirmək üçün sistemdə oflayn olmaq qərarını verdi. Kuryer-partnyorlarımıza təqdim olunan ödənişlər bazar səviyyəsinə uyğun olaraq qalır. Məsələn, hazırda Ramazan ayı ilə əlaqədar gün ərzində sifariş sayı bir qədər aşağıdır. Bu səbəbdən qazancların nisbətən aşağı düşməsi də gözləniləndir. Tələbatın aşağı enməsi həm bizə, həm də kuryer-partnyorlara öz təsirini göstərir və biz kuryerlərin narazılığını çox gözəl başa düşürük”, – şirkətdən bildiriblər.

Həmnçinin, şirkət rəsmisi əlavə edib ki, kuryerlərin bəziləri ilə görüşüb və etiraz edən kuryerlərdən heç biri ilə əməkdaşlığı dayandırmayıb.

 

Son xəbərlər

Xəbər
Bu gün, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Bu gün, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Bu gün, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Bu gün, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Bu gün, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Bu gün, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Bu gün, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Bu gün, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
Dünən, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Dünən, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Dünən, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Dünən, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Dünən, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Dünən, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Dünən, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Dünən, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Dünən, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Dünən, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Dünən, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Dünən, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Dünən, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
01 oktyabr 2026, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Oxşar xəbərlər