Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Beynəlxalq Yer Kürəsi Günü münasibətilə qurumun könüllüləri və 132-134 saylı təhsil kompleksinin məktəblilərinin iştirakı ilə Xəzər dənizinin kənarında təmizləmə aksiyası keçirib. Bu haqda bu gün, 29 aprel tarixində Azərtac məlumat verib.
Şıx çimərliyində keçirilən tədbirin əsas məqsədi ətraf mühitin mühafizəsi, məişət tullantıları ilə mübarizə və bu barədə əhalinin məlumatlandırılmasıdır. Tədbir zamanı iştirakçılar çimərlik ərazisini təmizləyib, zibilləri çeşidləyib və təkrar emala təhvil veriblər.