Bakıda könüllülər “Yaşıl Marafon 2022” aksiyasında iştirak ediblər. Bu haqda 9 aprel tarixində AZƏRTAC məlumat verib.
Aprelin 9-da Xocasəndə “Yaşıl Marafon 2022” kampaniyasının növbəti aksiyası keçirilib. Aksiyada IDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları ilə yanaşı, könüllülər də iştirak edib.
“Biz, könüllülər olaraq bir çox ağacəkmə tədbirlərində iştirak etmişik. Xocəsənlə yanaşı Müşfiqabad qəsəbəsi və ölkəmizin digər yerlərinin yaşıllaşdırılmasında iştirak etmək mənim üçün qürurverici haldır”, - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin könüllü komandasının üzvü Günel Axundova deyib.