Bakıda növbəti ağacəkmə aksiyası keçirilib. Bu haqda 16 aprel tarixində Report məlumat verib.
Aprelin 16-da Xocəsəndə “Yaşıl Marafon 2022” kampaniyasının növbəti aksiyası keçirilib. Aksiyada IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları ilə yanaşı, Ombudsman Aparatının rəhbərliyi və kollektivi də iştirak ediblər.
Aksiya zamanı 2 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 1000-dən çox Eldar şamı və zeytun ağacı əkilib.
[caption id="attachment_40935" align="alignnone" width="800"]
Foto Report.az saytı[/caption]