Paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsində ağacəkmə aksiyası davam edir. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
“Yaşıl Marafon” layihəsi çərçivəsində 2 hektar ərazidə 1000-dən çox Eldar şamı və zeytun ağacları əkilib.
Layihənin əsas məqsədi yaşıllıq sahələrinin azalması fonunda yarana biləcək təhlükələrin qarşısını almaqdır.
Aksiyada İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi təşkilatçı qismində iştirak ediblər.
[URIS id=39427]