Paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində qaz boruları təmir olunur. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az xəbər verir.
Sakinlərin sözlərinə görə, ötən gündən adıçəkilən küçədə qazıntı işləri aparılır. Onlar 2 gündür gün ərzində qazdan istifadə edə bilmirlər.
“Səhər tezdən qazı kəsirlər, bir də axşam saatlarında qaz verirlər. 2 gündür bu vəziyyətdəyik”, - deyə onlar vurğulayırlar.
Qaz xəttinin təmirinin küçə boyunca davam edəcəyi gözlənilir.
[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2023/02/brat-jetot-2.mp4"][/video]