Sabah, 18 fevral tarixində Bakının Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku yarışı başlayır. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az məlumat verir.
Azərbaycanı təmsil edən Selcan Mahsudova olacaq. Ötən il keçirilən dünya kubokunda o, gümüş mükafatçı olub.
Yarışda 17 ölkədən 63 gimnast fərdi və sinxron proqramda iştirak edəcək.
Dünya kuboku iki gün davam edəcək. Çixişları izləmək istəyənlər biletləri onlayn və şəhərin kassalarından əldə edə bilərlər.