Bu gün, oktyabrın 8-də Bakı İdman Sarayında “Yapon Döyüş Sənəti Azərbaycan Festivalı” keçirilib. Bu haqda Bakuplus.az məlumat verir.
Budo Festivalına gələn qonaqlar Azərbaycanda təqdim olunan bir sıra yapon ənənəvi idman növləri olan karate, cüdo, aikido, kendo və digərləri ilə tanış ola, Yaponiya mədəniyyəti və idmanı ilə bağlı stendləri ziyarət ediblər.
Açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada və gənclər və idman naziri Fərid Qayıbov iştirak ediblər.
Festival Yaponiya səfirliyi və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.
[URIS id=73894]