Milli Qəhrəman Polad Həşimovun anım gününə həsr olunan Şahmat turniri keçiriləcək. Bu haqda 12 iyul tarixində Edumap.az məlumat verib.
Turnir 14 iyul saat 12:00-da "İrəli" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən İntellektual Mərkəzin təşkilatçılığı ilə keçiriləcək. Yarışda 64 nəfər birincilik uğrunda mübarizə aparacaq.
İştirak etmək istəyən namizədlər 12 iyul saat 12:00-dək qeydiyyatdan keçməlidirlər.