Bakıda 19 iyun tarixində “Sağlam həyat” adlı idman tədbiri keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 17 iyun tarixində xəbər verir.
Konqres Mərkəzinin qarşısında baş tutacaq idman tədbiri saat 10:00-dan 12:00-a qədər davam edəcək. Tədbirdə hər kəs iştirak edə bilər.
Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusilə uşaq və gənclər arasında idmana marağı artırmaq, sağlam həyat tərzini təbliğ etməkdir.