İyunun 26-da Pirallahı qəsəbəsi, Nərəkənd parkında, peşəkarlar və həvəskarlar arasında “Xəzər dalğası” dənizdə, açıq suda üzmə yarışı təşkil olunacaq. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az məlumat verir.
Yarış 5 yaş qrupunda (10-17, 18-29, 30-39, 40-49 və 50+ yaş) keçiriləcək. Üzməyi bacaran hər kəs yarışda iştirak edə bilər.
Yarış su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilir.
İştirak haqqı 25 manat təşkil edir. Yarışa qoşulmaq üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmək lazımdır: https://swimming.smartscoring.com
Ətraflı məlumat üçün əlaqə nömrəsi: 050-359-19-96