Bakı Tennis Akademiyasında 25-30 iyul tarixlərində kişilər arasında ilk dəfə olaraq "Davis Cup-2022” turnirinin IV Avropa qrup oyunları keçirilir.
Yarışlar Azərbaycan Tennis Federasiyası və Beynəlxalq Tennis Federasiyasının birgə əməkdaşlığı ilə təşkil olunur.
Yeddi ölkənin təmsil olunduğu yarışda A qrupunda San-Marino, İslandiya, Albaniya, B qrupunda isə Malta, Andorra, Azərbaycan və Kosovo mübarizə aparır. Qrup qalibləri pley-off mərhələsində qarşılaşacaqlar.
Yarışlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Bakı Tennis Akademiyası, “United Sport”, “Kontakt Home” və Coca-Cola şirkətlərinin dəstəyi ilə keçirilir.