Bakının Binəqədi rayonunda 11 avqust, saat 10:00-da minifutbol turniri keçiriləcək. Bu haqda bu gün, 10 avqust tarxində Bakuplus.az məlumat verir.
Turnir Binəqədi Rayon Gənclər və İdman İdarəsi və "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsi tərəfindən təşkil olunur. "AZFAR MMC"-nin stadionunda baş tutacaq idman yarışı 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunacaq.
Ünvan: Binəqədi Gənclər Evi (Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 13/37).