Bakının Heydər Əliyev Mərkəzinin parkında 17 iyul tarixində “Şahmatçı ailəm" komanda turniri keçiriləcək. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az məlumat verir.
Saat 16:00-da başlayacaq tədbir "Ağ at" şahmat klubu tərəfindən təşkil olunacaq.
Turnirin iştirakçıları 5 yaşdan 14 yaşına qədər uşaqlar və onların ailə üzvlərindən biri (ana, ata, bacı, qardaş, nənə və baba) olmalıdırlar.
Turnirdə iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat üçün əlaqə telefonu: 055 581 99 98.