Bakıda “Jumping fitness” məşğələsi keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 7 iyun tarixində xəbər verir.
Həftəsonu, 11 iyun, saat 10:00-da Heydər Əliyev Mərkəzinin parkında batutla fitnes məşğələsi keçiriləcək.
Ödənişsiz keçirilən idman tədbirinə 6 yaşdan yuxarı hər kəs idman geyimində qoşula bilər.
Məşğələni “Kangoo Jump” fitnes-klubunun beynəlxalq sertifikatlı məşqçisi Yevgeniya Cavadova aparacaq.