“Qarabağ” FK qonaqlarını məğlubiyyətlə yola salıb. Bu haqda bu gün, Bakuplus.az xəbər verir.
Oyun boyunca topa qonaqlar daha çox sahib olsalar da, onlar qapı çərçivəsinə 1 zərbə belə vura bilməyiblər. 51-ci dəqiqədə Ramil Şeydayev hesabı aça bilərdi, ancaq penaltini reallaşdıra bilmədi. Buna baxmayaraq, 78-ci dəqiqədə L.Andrade oyunun yeganə qolunu vurmağı bacardı.
Oyun 1:0 hesabı ilə yekunlaşıb. Növbəti qarşılaşma 24 fevral tarixində Belçikada baş tutacaq.
[video width="848" height="480" mp4="https://bakuplus.az/storage/photos/2023/02/video_2023-02-17_10-13-17.mp4"][/video]