Kişilərdən ibarət voleybol üzrə Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində 3 avqust tarixində Bakıda Danimarka komandası ilə oyun keçirəcək. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az məlumat verir.
Pərviz Səmədovun rəhbərlik etdiyi komanda ilk oyunu saat 18:00-da Voleybol Mərkəzində keçirəcək.
Üç gün sonra komanda Türkiyə millisini qəbul edəcək, matç, həmçinin saat 18:00-da başlayacaq.
Milli komanda avqustun 17-də səfərdə Türkiyə ilə, avqustun 20-də isə Danimarka ilə qarşılaşacaq. Matçlar, müvafiq olaraq, Bakı vaxtı ilə saat 17:30 və 19:00-da başlayacaq.