Bakıda yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb. Bu haqda 28 may tarixində Report məlumat verib.
"20 Yanvar" metro stansiyasının yaxınlığında yolu keçmək istəyən 50 yaşlı Səadət Hacılını avtomobil vurub. Yaralı sol tərəfli oturaq sümüyünün sınığı və qarının küt travması diaqnozu ilə xəstəxanya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.