Bakı Ağır Cinayətlər Məhkəməsinin binasının qarşısında döyülmə hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 21 may tarixində Lent.az məlumat verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həbs edilən 26 yaşlı Məmmədli İmran inzibati binadan çıxarılarkən naməlum şəxs ona təpiklə zərbə endirib. Zərbə onun aşağı ətraflarını ciddi şəkildə zədələyib. Zərərçəkmiş xəstəxananın urologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.