Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun kadrı vəfat edib. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az instituta istinadən xəbər verir.
“Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, alim Emil İsgəndərli 41 yaşında dünyasını dəyişib.
Onun ölüm səbəbi məlum deyil. Oxu.az-ın verdiyi məlumata görə, o, intihar edib. Mərhumun yaşadığı Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsindəki mənzildə 4 boş antidepressant qutusu aşkar edilib.