Bakıda vətəndaşlara qarşı 213 min manatdan artıq dələduzluq hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 11 may tarixində xəbər verir.
Özünü təmir-tikinti şirkətinin rəhbəri kimi təqdim edərək müxtəlif vaxtlarda 5 nəfəri onların mənzilini təmir edəcəyi adı ilə aldadıb zərərçəkənlərin pullarını ələ keçirərək dələduzluq yolu ilə onları aldadan Vüsal Bağırov saxlanılıb.
Vüsal Bağırov həmin şəxslərdən ümumilikdə 213 min manatdan artıq pul alıb. Buna baxmayaraq, o, mənzillərdə vəd etdiyi təmir və tikinti işlərini həyata keçirməyib.
Onun barəsində cinayət işi başlanılıb.