Bakıda uşaq faciəvi aqibətdən son anda xilas olunub. Bu haqda videogörüntüləri Oxu.az paylaşıb.
Yayılan kadrlardan məlum olub ki, mağazanın yanında nəzarətsiz qalan uşaq qəfildən yola qaçıb. Bu zaman döngədən gələn avtomobilin sürücüsü ən axırıncı anda toqquşmadan yayınmağı bacarıb. Eyni anda uşağın atası onu tutaraq xilas edib.